5 C
Baku
Friday, November 8, 2024

ABŞ-ın Energetika Nazirliyi 2021-ci ildə ölkədə neft istehsalı proqnozunu artırdı

ABŞ-ın Energetika Nazirliyini 2021-ci ildə ölkədə neft istehsalı proqnozunu gündə 100 min barel – 11.1 milyon barelə qədər artırıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Mütəxəssislərin sözlərinə görə, 2022-ci ildə gözlənilən istehsal həcmi 500 min barel artaraq gündə 12 milyon barelə çatacaq.

Agentlik OPEC+ ölkələri istehsal məhdudiyyətlərini qorumaq qərarına gəldikdən sonra 2021-ci ildə “Brent” markalı neftin proqnozunu bir barel üçün 53.2 dollardan 60.7 dollara qaldırıb.

Energetika Nazirliyi mart-aprel aylarında “Brent” markalı neftin 65-70 dollar qiymətində olacağını və 2021-ci ilin ikinci yarısında orta hesabla 58 dollara düşəcəyini proqnozlaşdırır.

Son xəbərlər
Digər xəbərlər