23 C
Baku
Tuesday, July 1, 2025

ABŞ-ın Energetika Nazirliyi: 2050-ci ilə qədər neftin qiyməti $173-a çata bilər

ABŞ-ın Energetika Nazirliyi 2050-ci ilə qədər “Brent” markalı neftin qiymətinin 173 dollara yüksələ biləcəyini proqnozlaşdırır.

Banker.az “TASS”a istinadən xəbər verir ki, bu barədə tənzimləyicinin İnformasiya İdarəsinin enerji bazarındakı vəziyyətin inkişafına dair hesabatında deyilir.

Mütəxəssislər üç ssenarini nəzərdən keçirirlər – müsbət, mənfi və real. Onlar OPEC və bu təşkilata üzv olmayan ölkələrin mümkün qərarları ilə yanaşı, karbohidrogenə olan qlobal tələbat və balanslaşdırılmış neft bazarına əsaslanırlar.

Müsbət ssenaridə “Brent” markalı neftin qiymətinin 2050-ci ilə qədər 173 dollara artacağı göstərilir. Ekspertlərin fikrincə, mənfi ssenaridə neftin qiyməti bir barrel üçün 48 dollara çatacaq. Real ssenari çərçivəsində neftin bir barrel üçün 95 dollar qiymətin olacağı gözlənilir.

Xatırladaq ki, pandemiyadan əvvəl 2050-ci ilə qədər neftin 183 dollara çatacağı proqnozlaşdırılmışdır.

Son xəbərlər
Digər xəbərlər