ABŞ-ın Federal Ehtiyatlar Sistemi faiz dərəcəsini dəyişmədi

0

ABŞ-ın Federal Ehtiyatlar sistemi (FES) faiz dərəcəsini 2,25-2,5% səviyyəsində saxlayıb.

Banker.az xəbər verir ki, bu məlumat FES-in rəsmi saytında dərc edilib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Nazirlik qeyd edib ki, 1 may tarixində maliyyə tənzimləyicinin sonuncu iclasından sonra ABŞ-ın əmək bazarı güclüdür, iqtisadi fəaliyyət orta sürətlə artmaqdadır və işsizlik aşağı səviyyədədir. Bununla yanaşı, illik inflyasiya 2%-dən aşağıdır – bununla bağlı olaraq FES  faiz dərəcəsini eyni səviyyədə saxlamaq qərarına gəlib.

May ayının əvvəlində FES-in sədri Jerome Powell, faiz dərəcəsinin dəyişdirilməsi üçün heç bir səbəb görmədiyini bildirmişdir. Onun sözlərinə görə, faiz dərəcəsi uzun müddət 2,25-2,5% səviyyəsində qalacaq.