ABŞ-ın Havay ştatında 100 yaşına çatmayan şəxslərə siqaret satışı qadağan edilə bilər

0

ABŞ-ın Havay ştatında yeni  qanun layihəsi qəbul edilə bilər. Belə ki, burada 2024-cü ilədək 100 yaşına çatmayan şəxslərə siqaret satışının qadağan edilməsi planlaşdırılır.

Banker.az xəbər verir ki, bu haqda “CNN“yazır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Xatırladaq ki, ABŞ-ın mövcud qanunvericiliyi, 18 yaşına çatmayan şəxslərə tütün məmulatlarının satışını qadağan edir, lakin Havay ştatında bu qayda bir qədər fərqli olmuşdur (21 yaş). Yeni qanun layihəsi tədricən bu plankanı qaldırmağı nəzərdə tutur: 2020-ci ildə30 yaş, sonra 40, 50 və 60, 2024-ci ildə isə bir başa 100 yaşa qədər.

Məhdudiyyətlər siqara, elektron siqaret və çeynənən tütün kimi məhsullara tətbiq olunmayacaq.

Yeni qanun layihəsinin mərhələ-mərhələ həyata keçirilməsinin əsas səbəbi, məlum səbəblərdən gözlənilən maliyyə itkiləridir. Qeyd edək ki, Havay ştatı siqaret satışına tətbiq olunan vergidən ildə 100 milyon dollar gəlir əldə edir.