27 C
Baku
Saturday, July 27, 2024

ABŞ-ın inflyasiya qanunu Aİ ölkələri arasında fikir ayrılıqlarını gücləndirib

ABŞ-da inflyasiyanın azaldılması barədə qəbul olunan qanun Avropa İttifaqı ölkələri arasında fikir ayrılıqlarını gücləndirib və transatlantik birliyin parçalanmasına səbəb ola bilər.

Bloomberg agentliyinin yaydığı məlumata görə, vergilərin azaldılmasını, müəssisələrə enerji təchizatı sahəsində güzəştlər edilməsini nəzərdə tutan bu qanun ümumilikdə əhalini Amerika məhsullarını almağa həvəsləndirir (“Amerika malını al” planı). Aİ-nin iqtisadi cəhətdən ən güclü ölkələri olan Almaniya və Fransa hesab edir ki, proteksionist xarakter daşıyan qanun Avropa sənayesinə mənfi təsir göstərir.

Bloomberg bildirir ki, Almaniya kansleri Olaf Şolts Fransa prezidenti Emmanuel Makronun ABŞ hökumətinin tədbirlərinə cavab olan hərəkətlərinin “yeni transatlantik ticarət müharibəsinə səbəb olacağından” ehtiyatlanır. Makron Avropa ölkələrini ABŞ-ın “vicdansız siyasəti” ilə mübarizə aparmağa və oxşar “Avropa malını al” qanunu qəbul etməyə çağırır. Şoltsun fikrincə, bu, “strateji səhv olardı”.

Birləşmiş Ştatlarda qəbul edilən qanun çoxsaylı ölkələrin kəskin tənqidinə səbəb olub. Fransa və Almaniya ABŞ-dan bazar prinsiplərini pozan tədbirləri yumşaltmağı tələb edirlər. Yaponiya da qanunla bağlı narahatlıq ifadə edib. Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Yasutoşi Nişimura sentyabrın əvvəlində ABŞ-a səfəri zamanı qeyd edib ki, Vaşinqtonun qəbul etdiyi qanun beynəlxalq qaydaları poza bilər.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər