10 C
Baku
Wednesday, December 11, 2024

ABŞ-ın investisiya banklarının sədrləri – Llyod Blankfein və Jamie Dimon

Müəllif: Rüfət Axundov müstəqil treyder

Llyod Blankfein

Şəxsi var dövləti 450 milyon dollar civarında dəyərləndirilən Goldman Sachs investisiya bankının idarə heyətinin sədri Llyod Blankfein: 

“Mən sadəcə xeyriyyəçilik işləri ilə məşğul olan bir bankirəm. Biz, bir bank olaraq, yeni yaradılan bizneslərə dəstək oluruq, investorlara saysız ticarət və yatırım imkanları təklif edir, yeni iş yerləri açır, maliyyə sisteminin sağlamlığını qoruyub saxlamağa çalışırıq”, deyə Blankfein bu yaxınlarda senatda verdiyi çıxış zamanı bildirmişdi.

Bir vaxtlar Goldman Sachs bankında strateq vəzifəsində çalışmış Nomi Prins:
“Onlar xeyriyyəçilik işindən çox uzaqdırlar. Onlar hətta investisiya bankı rolunu da daşımırlar. Onlar sözün əsl mənasında “ticarət qrupudur”, çünki qazanclarının 90 faizi bazarda tutduqları bu və ya digər əməliyyatlardan gəlir”. Nomi Prins bu fikirdədir.

Son vaxtlar hedge fondların və investisiya banklarının ticarət üslubları ilə maraqlanıram. Goldman Sachs barəsində rast gəldiyim məlumat mənə çox maraqlı gəldi, istəyirəm o barədə bir-iki kəlmə söz açım. PBS kanalının hazırladığı verilişdə bu bankın əsas qazanc vasitələrindən söz açmışdılar. Orada qeyd olunur ki, Goldman, böhrandan sonra həm investisiya, həm də “bank holding company” statusuna eyni anda sahib oldu. Dövlət bunu ona görə etdi ki Goldman Sachs lazımı vəsaiti ala bilib, böhrandan yaxa qurtara bilsin. “Bank holding company” sadəcə olaraq bir və ya bir neçə banka nəzarət edən və ya onları bir başa idarə edən banklara deyilir.

Amma maraqlı tərəfi o deyil. Maraqlı tərəfi ondan ibarətdir ki, ABS-da hər hansı bir bank, Bank Holding Company statusuna layiq görülürsə, deməli o bank bir başa Federal büdcədən ən aşağı faizlərlə kredit istəmək hüququna malikdir. Bunları nəzərə alaraq Goldman nə etmək qərarına gəldi: Goldman, ABS büdcəsindən 0.25% faizlə vəsait istəyib, sonra həmin dövlətin (yəni elə ABŞ-ın özünün), istiqrazlarını alırdı. Istiqrazlar isə 1, 2, və bəzi hallarda hətta 3.5% illik ödəmə verirdilər (o istiqrazları hər kəs ala bilər, adi ABŞ vətəndaşları da). Faktiki olaraq Goldman eyni adamın (bu misalda eyni dövlətin pulunu elə özünə de borc verirdi.

Amma əvəzində faiz fərqlərindən gəlir əldə edilirdi. ABS isə, Fitch və S&P kimi reytinq agentlikləri tərəfindən AAA statusuna layiq görülmüş bir dövlətdir. El arasında bu “sənin pulunun” – yəni borc verdiyin pulun, batma ehtimali 0-a yaxındır deməkdir. Bu isə o anlama gəlir ki, Goldman-ın bu əməliyyatı 99.9 faiz risksiz bir qazanc yolu idi. Kim nə deyir desin, amma qanundan kənara çıxmayaraq, bu tip qazanc yollarını aşkarlaya bilən bütün insanları bacarıqlı hesab etmək olar. Baxmayaraq ki, senatda bu fikirdə deyillər. “Edəb-ərkan var, etika var” –deyə bəzi senat nümayəndələri bildirir.

jamie dimonJamie Dimon

ABS-ın ən iri investisiya bankı olan JPMorgan Chase-in idarə heyətinin sədri Jamie Dimon. Bu foto, cənab Dimon 2012-ci ildə Senatın Banklar Üzrə İş komitəsində ifadə vererkən çəkilib. Xatırladım ki, keçən il JPMorgan CHase səhlankarlıq ucbatından (ən azından Dimon səbəbi bunda görür), maliyyə bazarlarında arzu olunmaz istiqamətdə inkişaf edən əməliyyatların nəticəsi olaraq bir neçə milyardlıq itkilərlə üzləşmişdi.

Dindirilmə zamanı senator Bennet cenab Dimondan soruşur ki “sizin fikrinizcə əgər dövlət (federal büdcə), sizə 2008-ci ildə böhrandan yaxa qurtarmaq uçun lazımı vəsaitləri ayırmasaydı sizin bank bu dəqiqə ayaq üstə qala bilərdi?”. Dimon bu suala özünə məxsus tərzdə cavab verir: “Biz nə sizdən ne de heç kəsdən pul xahiş etməmişdik. Çökməkdə olan AIG şirkətində də bizim yatırımımız o qədər də çox deyildi. Bizi bir neçə milyardlıq itki ilə müflisləşdirmək mümkün deyildi. Sizə çox yanlış məlumat verilib cənab senator. Əslində siz bizim qapımıza gəlib xahiş etdiniz ki, bu pulları qəbul edin. Biz sizdən pul istəmirdik” – Məncə bələ cavabı verə bilmək üçün en azından insanın gərək özünə güvəni olsun.Görünür ki, cənab Dimon buna sahibdir.

Son xəbərlər
Digər xəbərlər