ABŞ-ın iri bankları Sİ bumunu maliyyələşdirmək üçün borclanmanı artırır

ABŞ-ın altı ən böyük bankının 2026-cı ilin dördüncü rübündə təxminən 41 milyard dollar borc cəlb edəcəyi gözlənilir. Bu, 2015-ci ildən bəri ilin bu dövrü üçün orta göstəricidən təxminən 30% çoxdur.

Banker.az “Bloomberg”ə istinadən xəbər verir ki, banklar üçüncü rübdə artıq 50 milyard dollar həcmində senior borc alətləri buraxıblar. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artıb.

İlin əvvəlindən ABŞ-ın iri bankları qlobal bazarlarda ümumilikdə 192 milyard dollar borc cəlb ediblər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 40% çoxdur.

Böyük Britaniyanın bank və maliyyə xidmətləri qrupu “Barclays”ın proqnozuna görə, 2026-cı ilin yekununda bankların ümumi borclanması 233 milyard dollara çata bilər.

“Barclays” həmçinin ABŞ banklarının senior borc buraxılışlarının bu il 294 milyard dollara yüksələcəyini gözləyir. Müqayisə üçün, 2025-ci ildə bu göstərici 240 milyard dollar olub.

Borclanmanın sürətlənməsi bankların süni intellekt infrastrukturu, məlumat mərkəzləri və digər iri texnologiya layihələrinin maliyyələşdirilməsində daha fəal iştirak etməsi ilə əlaqələndirilir.Big US Banks Ramp Up Bond Issuance to Fund Artificial Intelligence Growth - Bloomberg

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər