8 C
Baku
Sunday, November 17, 2024

ABŞ-ın işçi qüvvəsində fərdi sahibkarların payı son 14 ilin maksimumunda

Pandemiya ilə yanaşı ABŞ-da əmək bazarının strukturunda da dəyişikliklər baş verib. Belə ki, son məlumatlara görə, ABŞ-da şəxsi biznesində işləyənlərin ümumi işçi qüvvəsindəki payı 2008-ci il böhranından bu yana ən yüksək səviyyəyə çatıb.

Banker.az xəbər verir ki, Bloomberg-in ABŞ Əmək Departamenti nəzdindəki Əmək Statistikaları Bürosunun ən son hesabatına əsaslanaraq apardığı hesablamalara görə, iyun ayında təqribən 16.8 mln. insan öz biznesində işləyib. Bu, işçi qüvvəsinin 10.2%-ini təşkil edir. Belə bir göstərici sonuncu dəfə 2008-ci ilin oktyabrında qeydə alınmışdı.

“St. Louis Fed”in statistikasına görə, 2022-ci ilin fevral ayına olan məlumata əsasən, ABŞ-da işləyən 157 mln. insanın 11%-i öz işində işləyənlərdir.

Covid-19 pandemiyasının ilk həftələrində milyonlarla insan demək olar ki, bir gecədə işsiz qaldı, bir çox amerikalı isə öz bizneslərini qurmağa məcbur oldu. Bununla belə, göstəricinin artmasına öz istəyi ilə işdən çıxan və başqaları üçün işləmək istəməyən insanlar da öz töhfəsini verib.

Bununla belə, özünüməşğulluğun artmasının bir çox səbəbi var. Bir çox qadın üçün bu qərar, böyük ehtimal ki, daha çox çeviklik ehtiyacı ilə bağlıdır. Pandemiya dövründə uşaq baxımının çətinləşməsi qadınları iş üçün alternativ axtarmağa sövq etdi.

Distant işin geniş yayılması və bir çox işçilərin yerdəyişməsi də yeni imkanlar yaratdı.

“St. Louis Fed”in məlumatlarına görə, şəxsi biznesdə işləyən işçilərin sayı inşaat sektorunda daha çox olub və pandemiya dövründə bu rəqəm artmağa davam edib. 2020-ci ilin fevralından 2022-ci ilin yanvarına qədər öz biznesində işləyənlərin orta hesabla 16.5%-i bu sektorda olub. Oxşar artım daşınmaz əmlak və nəqliyyat sektorunda da müşahidə olunub. Bu artımda Uber kimi şirkətlərin böyüməsi də rol oynayıb.

 

 

 

Son xəbərlər
Digər xəbərlər