15 C
Baku
Friday, March 29, 2024

ABŞ-ın “Kernel” startapı fikirləri oxuyan dəbilqə yaradıb

ABŞ-ın Kaliforniya ştatının “Kernel” startapı fikirləri oxuyan dəbilqə yaradıb. Bildirildiyi kimi, bu cihaz beyin fəaliyyətini görə və qeyd edə bilir.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Texnologiyanın yeniliyi ondan ibarətdir ki, daha əvvəl bu cür avadanlıq bir otaq boyda olub və milyonlarla dollar dəyərində qiymətləndirilib.

“Kernel” startapı isə bu texnologiyanı adi istifadəçilər üçün əlçatan edib. Cihazın qiyməti 50 min dollar olaraq müəyyən edilib. Üstəlik, tərtibatçılar cihazlarını pulsuz olaraq elmi komandalara təqdim etməyə hazır olduqlarını bildiriblər.

“Kernel” iki növ dəbilqə yaradıb: “Flow” – diqqət və emosional vəziyyəti qiymətləndirir, “Flux” – beyin fəaliyyətini qiymətləndirir, onun bu və ya digər məlumatlara verdiyi reaksiyanı öyrənir.

Fikirləri oxuyan bu dəbilqə real vaxt rejimində neyronların aktivliyini təhlil edir və lazerlərdən istifadə edərək qanunauyğunluqları tapır. İstifadəçi sadəcə dəbilqəni başına taxmalı və USB Type-C vasitəsilə kompüterə qoşmalıdır.

Son xəbərlər
Digər xəbərlər