14 C
Baku
Sunday, November 24, 2024

ABŞ-ın kommersiya neft ehtiyatları 422 mln. barelə yaxınlaşıb

Ötən həftənin yekunlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları 773 min barel artaraq, 421 893 min barel təşkil edib.

Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 261 min barel artacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər