Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 1 347 min barel artaraq, təxminən 422 467 min barel təşkil edib.
Analitiklər isə ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 601 min barel artacağını proqnozlaşdırıb.
Xatırladaq ki, ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.