Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 1 246 min barel azalaraq, təxminən 465 878 min barel təşkil edib.
Analitiklər də ABŞ-ın kommersiya neft ehtiyatlarının 433 min barel azalacağını proqnozlaşdırıb.
Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.