2 C
Baku
Saturday, December 14, 2024

ABŞ-ın kommersiya neft ehtiyatları həftədə 17 mln. barel azalıb

ABŞ Departamentinin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatlarına görə, iyulun 22-dən iyulun 28-dək ABŞ-ın kommersiya neft ehtiyatları (strateji ehtiyat istisna olmaqla bütün ehtiyatlar) 17 milyon barel azalaraq 439.8 milyon barelə düşüb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Statistika agentliyinin məlumatına görə, ABŞ-ın neft ehtiyatları həmin dövr üçün beş illik orta ehtiyat səviyyəsindən 1% aşağıdır. Eyni zamanda, Amerika Neft İnstitutunun (API) analitiklərinin məlumatına görə, iyulun 22-dən iyulun 28-dək ABŞ-ın xam neft ehtiyatları 15.4 milyon barel düşüb.

EIA məlumatları göstərir ki, iyulun son həftəsində ABŞ-ın benzin ehtiyatları 1.5 milyon barel artıb, orta istehsal səviyyəsi isə gündəlik 9.5 milyon barel olub.

Son xəbərlər
Digər xəbərlər