Neft məhsullarına tələbatın azalması səbəbindən ABŞ-ın kommersiya neft ehtiyatları rekord səviyyəyə – 541 milyon barelə çatıb.
Bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin Energetika Məlumatları İdarəsinin məlumatında qeyd edilib.
“Son dövrdə neft məhsullarına tələbatın azalması ABŞ-dakı ticarət neft ehtiyatlarının, 19 iyunda bitən həftənin göstəricisinə əsasən, rekord həddə – 541 milyon barelə çatmasına səbəb olub”, – məlumatda belə deyilir.
Bu rəqəm 2017-ci il martın sonunda müəyyən edilən əvvəlki rekorddan 5 milyon barel çoxdur. O da bildirilir ki, ABŞ-da neft anbarların yalnız 62%-i dolub.