Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 6 076 min barel azalaraq, təxminən 475 104 min barel təşkil edib.
Bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 187 min barel artacağını proqnozlaşdırıb.
Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.