Amerika Neft İnstitutunun (API) proqnozlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə artıb.
Ötən həftə ABŞ-ın neft ehtiyatları 4 319 min barel artaraq 497 336 min barel təşkil edib.
Qeyd edək ki, analitiklər ABŞ neft ehtiyatlarının 375 min barel artacağını gözləyirdi.
Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.