10 C
Baku
Thursday, November 14, 2024

ABŞ-ın kriptobankları federal banklardan 13 mlrd. dollardan çox borc alıblar

“The Wall Street Journal”ın məlumatına görə, ABŞ-ın iki ən böyük kriptovalyuta bankı olan “Silvergate Capital” və “Signature Bank” müştərilərin kriptovalyuta bazarından kütləvi şəkildə çıxmasından yaranan itkiləri kompensasiya etmək üçün 2022-ci ilin dördüncü rübündə 13 milyard dollardan çox borc götürməyə məcbur olublar.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Eyni zamanda qeyd edildiyi kimi, hər iki kriptobank 1930-cu illərdə əlverişli ipoteka kreditləri vermək üçün yaradılmış və ABŞ hökuməti tərəfindən dəstəklənən bankların kooperativindən kreditlər alıb.

“Signature” – ipoteka krediti bankı kimi fəaliyyətə başlayan və sonra kriptovalyuta bazarına girməyə qərar verən, 2022-ci ilin dördüncü rübündə təxminən 10 milyard dollar borc götürməyə məcbur olan bir bankdır.

“Silvergate” – bu bank “Binance US” kriptobirjasının tərəfdaşıdır. 2022-ci ilin dördüncü rübündə kriptovalyuta müştərilərinin depozitləri təxminən 7.3 milyard dollar təşkil edib. Nəticədə, bank rübü 1 milyard dollar zərərlə başa vurmuş olub.

Son xəbərlər
Digər xəbərlər