13 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

ABŞ-ın mənfi ticarət saldosu rekorda çatıb

Bu ilin noyabr ayında ABŞ-ın ticarət dövriyyəsinin mənfi saldosu tarixi rekord həddə – 97,8 mlrd. ABŞ dollarına çatıb.

Bu göstərici oktyabr ayı ilə müqayisədə 17,5% artıb. Sözügedən göstəricini nəzərə alaraq, bu il ABŞ-ın bütöv il üzrə rekord mənfi ticarət saldosunun olacağı gözlənilir.

Mənfi saldonun artmasının əsas səbəbi ABŞ-ın ötən ay artan idxalı olub – ölkənin noyabrdakı idxalının həcmi 4,7% artaraq 252,4 mlrd. dollar təşkil edib. Sənaye mallarının, avtomobillərin, istehlak mallarının və ərzağın idxalı kəskin artıb.

ABŞ-ın xaricə ixracı isə 154,7 mlrd. dollar təşkil edib ki, bu da aylıq müqayisədə 2,1% azdır. Qeyd edək ki, oktyabra qeydə alınan 157,4 mlrd. dollarlıq ixrac həcmi tarixi maksimum idi.

Beləliklə, noyabrda ABŞ-ın ümumi xarici ticarət dövriyyəsi 407,1 mlrd. dollara bərabər olub.

Son xəbərlər
Oxşar xəbərlər