17 C
Baku
Çərşənbə, Sentyabr 29, 2021

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru bu gün İsrailə səfər edəcək

Screen Shot 2021 09 02 at 14.34.20

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns bu gün İsrailə səfər edəcək.

Bu barədə TASS xəbər verir.

Qeyd edilir ki, onun İsrailin baş naziri Naftali Bennet və “Mossad”ın rəhbəri David Barnea ilə regional və İran mövzuları üzrə danışıqlar aparması planlaşdırılıb.

Məlumata görə, Berns MKİ-nin başçısı vəzifəsinin icrasına başladıqdan sonra özünün birinci səfərini İsrailə edəcək və 2021-ci ilin iyunundan “Mossada” başçılıq etməyə başlayan Barneanın qonağı olacaq. Danışıqların İran nüvə proqramına və Tehranın regiondakı fəaliyyətinə həsr ediləcəyi gözlənilir.

Berns səfərin gedişatında həmçinin yəhudi dövlətinin müdafiə və kəşfiyyat idarələrinin digər rəsmi şəxsləri ilə görüşəcək.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Report
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər