12 C
Baku
Sunday, October 27, 2024

ABŞ-ın Məxfi Xidmət rəhbəri istefaya göndərildi

ABŞ-ın Məxfi Xidmət rəhbəri Rendolf Allesin istefaya göndərilməsi ilə bağlı xəbər rəsmən təsdiqlənib.

Bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders açıqlama verib. Onun sözlərinə görə, prezident Donald Tramp Rendolf Allesi vəzifəsindən kənarlaşdırıb.

“ABŞ-ın Məxfi Xidmətinin rəhbəri Rendolf Alles son iki il ərzində agentlikdə böyük işlər görüb və prezident ona dövlətə 40 ildən çox xidmətə görə təşəkkür edib. Alles yaxın vaxtlarda öz postunu tərk edəcək”, – Sanders vurğulayıb.

ABŞ prezidenti artıq onun yerinə Ceyms Mürreni təyin edib.

MənbəAzVision
Son xəbərlər
Digər xəbərlər