ABŞ-ın məşhur bankı “Citibank” Anonim Şirkətinin Azərbaycandakı nümayəndəliyi, sənədlərinin itməsi ilə bağlı yaydığı xəbərin ardından ölkədəki nümayəndəliyinin ləğv olunduğunu açıqladı, bu barədə Banker.az-a daxil olan məlumatda deyilir.
Ötən həftə cümə axşamı “Citibank” ona məxsus sənədlərin itməsi səbəbindən elan vermişdi və sənədlərin etibarsız olduğunu KİV-ə yayımlamışdı.
Müraciətdə o da qeyd olunur ki, kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 153, Port Baku Tauers Biznes Mərkəzi Cənub Qülləsi, 9-cu mərtəbə ünvanına bildirə bilərlər.
Xatırladaq ki, Bank dünyanın 19 ölkəsində fəaliyyət göstərir. Azərbaycandakı nümayəndəlik 2007-ci ildən fəaliyyət göstərirdi.