28 C
Baku
Saturday, July 27, 2024

ABŞ-ın maliyyə naziri Çini Dünya Bankının dəstəyindən məhrum etməyi təklif edir

Konqresdə Dünya Bankının Çini maliyyələşdirilməsinin məhdudlaşdırılmasına yönəlmiş proqram hazırlanır.

Xatırladaq ki, bu yaxınlarda beynəlxalq maliyyə təşkilatı tərəfindən Çin Xalq Respublikasının beş illik güzəştli kredit planını qəbul edilmişdir.

Sənədə görə, Çin yaxın beş il ərzində 1 milyarddan 1,5 milyard dollara qədər borc götürə biləcəkdir. Dünya Bankı mütəmadi olaraq bir sıra ölkələrə iqtisadiyyatın inkişafına və açıqlığına aparan bazar və institusional islahatlar müqabilində belə yardım göstərir. Yeri gəlmişkən, Çinə dəstək tədricən azalır. 30 iyunda başa çatan  maliyyə ilində DB Çinə 1,3 milyard dollar, 2017-ci ildə isə 2,4 milyard dollar kredit verib.

Lakin Çinə gəldikdə, Vaşinqton Dünya Bankının ona dəstək verməsinə qarşı çıxıb. Xüsusilə, ABŞ-ın maliyyə naziri Steven Mnuchin hesab edir ki, Çin iqtisadiyyatının inkişafına ayrılmış vəsait bir milyarddan da aşağı olmalı idi.

Konqresmenlərin məsələ ilə bağlı mövqeləri daha sərt olub, onlar rəqiblərinə bir dollar belə vermək istəmədiklərini bildiriblər.

Son xəbərlər
Digər xəbərlər