ABŞ-ın Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiya siyasətini davam etdirəcək

“ABŞ Rusiyaya qarşı “sərt” sanksiyalar siyasətini davam etdirəcək”.

Banker.az xəbər verir ki, “The Hill” yazır. Belə ki, bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Nümayəndələr Palatasında keçirilmiş qapalı brifinqin yekununda bildirib.

C.Mnuçin vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp Administrasiyası Rusiyaya qarşı “sərt” addımlar atır.

O, indiki hakimiyyətin Rusiyaya qarşı əvvəlkilərindən daha çox sanksiya tətbiq etdiyini əlavə edib.

“Bunu etməyə davam edəcəyik”, – maliyyə naziri deyib.