6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

ABŞ-ın Missuri ştatı Çini məhkəməyə verdi

ABŞ-ın Missuri ştatının baş prokuroru Erik Şmitt koronavirusla bağlı Çinə qarşı iddia irəli sürüldüyünü bildirib.

Bu barədə “The Hill” xəbər verir.

İddiada bildirilir ki, COVID-19 ölümə, iqtisadi sarsıntılara və insan əzablarına səbəb olaraq Birləşmiş Ştatlara və dünya dövlətlərinə bərpa olunmayan zərər vurub,.

Missuri ştatı Pekinin bu ziyanı kompensasiya etməsini, həmçinin epidemiyanın gizlədilməsinə görə Çinin rəsmi olaraq məsuliyyət daşımasını tələb edir.

Qeyd edək ki, ABŞ-da son bir gün ərzində 2 751 nəfər epidemiyanın qurbanı olub. Bununla da ölkədə epidemiyanın başlanğıcı anından ölənlərin sayı 45 minə çatıb. Birləşmiş Ştatlarda COVID-19 infeksiyasına yoluxanların sayı 820 min nəfəri ötüb.

ABŞ dünyada koronavirusa yoluxanların sayı, həm də COVID-19-dan ölümlərin statistikası üzrə liderdir.

©Report

Son xəbərlər
Oxşar xəbərlər