8 C
Baku
Thursday, December 12, 2024

ABŞ-ın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb

ABŞ səfiri Con Sallivanın Rusiya Xarici İşlər Nazirliyinə çağırılmasının səbəbi açıqlanıb.

Rusiya xarici işlər nazirinin müavini Sergey ryabkov bildirib ki, amerikalı dipolmat nazirliyə ABŞ-ın rəqəmsal nəhəngləri tərəfindən Moskvada Dövlət Dumasına seçkilərə müdaxilə olunması səbəbindən çağırılıb. O, buna dair əllərində sübutlar olduğunu bildirib:

“Söhbət əsnasında Rusiya tərəfinin Dövlət Dumasına seçkilərin hazırlanması və keçirilməsi kontekstində Amerikanın rəqəmsal nəhəngləri tərəfindən Rusiya qanunvericiliyinin pozulmasına dair təkzibedilməz dəlillər olduğu vurğulandı. Bununla əlaqəli olaraq ölkəmizin daxili işlərinə müdaxilənin yolverilməz olduğu bildirildi”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər