26 C
Baku
Saturday, July 27, 2024

ABŞ-ın nəhəng nəşriyyatları “Apple” şirkətinə şərt qoyublar

“Digital Content Next” adlı qeyri-kommersiya təşkilatının rəhbəri Ceyson Kit, “Apple”in direktoru Tim Kukdan “App Store”da daha aşağı komissiya almağın şərtləri barədə maraqlanıb.

banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Kit xatırladır ki, “Amazon” şirkəti ilk ilində Amazon Prime Video xidməti üçün 15% komissiya əldə etmişdir. Verilən məlumata görə, bu endirim yalnız iPhone istifadəçiləri üçün keçərli olacaq. Qeyd edək ki, “App Store”nin qaydalarına görə, platformada çalışan tərtibatçılar ilk ildə 30% ödəyirlər, ikinci ildən isə komissiya 15%-dək azaldılır.

Nəşrlər “Apple” və “Amazon” arasındakı sazılaşmadan 2020-ci ilin iyun ayında ABŞ Konqresində keçirilən dinləmə zamanı xəbərdar olublar. Tik Kuk “Apple”a qarşı antimonopoliya araşdırması çərçivəsində senatorların suallarını cavablandırıb. Dinləmə materiallarına “Amazon”nun rəhbəri Ceff Bezos və “Apple”in internet xidmətləri üzrə baş vitse-prezidenti Eddi Kyu arasındakı yazışmalar da daxil edilmişdir.

“Amazon-a təqdim olunan şərtlərin digər tərtibatçılara aid olub-olmadığını soruşduqda, siz şirkətin müəyyən tələblərə cavab verəcəyi təqdirdə bunun mümkün olduğunu söylədiniz. Xahiş edirik ki, bu tələblərin nə olduğunu izah edəsiniz”, – Ceyson Kit yazıb.

Xatırladaq ki, “Digital Content Next” təşkilatı özündə xəbər mediasını birləşdirir. Onlar sırasında “New York Times”, “The Wall Street Journal” və “Financial Times” kimi böyük nəşriyyatlar var. Bildirilir ki, “Apple” “Bloomberg”in müraciətinə cavab verməyib.

Son xəbərlər
Digər xəbərlər