24 C
Baku
Friday, April 26, 2024

ABŞ-ın neft ehtiyatları azalıb

Birləşmiş Ştatların xam neft ehtiyatları azalır.

Bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın xam neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 440 min barel azalıb. Bazar proqnozları da ehtiyatların azalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 620 min barel artmışdı.

Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.

MənbəAzərtac
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər