ABŞ-ın Energetika Nazirliyinin verdiyi məlumata görə, ABŞ-da kommersiya neft ehtiyatları son bir həftə ərzində 4.3 milyon barel artaraq 430 812 milyon barelə çatıb.
Banker.az xəbər verir ki, bununla yanaşı, “Bloomberg”in analitikləri ehtiyatların daha 2 milyon barel artacağını gözləyirlər.
Qeyd edək ki, dünən Londonun ICE birjasında “Brent” markalı neftin dekabr fyuçersləri 1.31% ucuzlaşaraq 84.53 dollar/barelə, WTI markalı neft 1.19% ucuzlaşaraq 83.64 dollar/barelə düşüb.