Ötən həftənin yekunlarına görə ABŞ-ın kommersiya neft ehtiyatları 994 min. barel azalaraq 475 milyon 659 min barrelə düşüb.
Banker.az xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.
Bu xəbərdən sonra neftin yenidən bahalaşması ehtimalları artır. Çünki, OPEC+ da hasilatın artırılması ilə bağlı son iclasda heç bir qərar qəbul edilməyəcəyini bildirib.
Bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 2.3 mln. barel azalacağını proqnozlaşdırırdı. Söhbət, Oklahomadakı Kuşnir anbarından gedir.