15 C
Baku
Friday, April 26, 2024

ABŞ-ın neft ehtiyatları yenidən azalıb

Amerika Neft İnstitutunun (API) proqnozlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə (6-10 iyul) yenidən azalıb.

Ötən həftə ABŞ-ın neft ehtiyatları 8,32 mln. barel azalaraq 530,57 mln. barel təşkil edib.

Qeyd edək ki, ABŞ neft ehtiyatlarının 2,1 mln. barel azalacağı gözlənilirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər