ABŞ neft ehtiyatını və hazırda fəaliyyət göstərən qazıntı yerlərinin sayını fəal şəkildə genişləndirir. OPEC və digər neft hasilatı ilə məşğul olan ölkələrin hasilatı azaltmaq barədə əldə etdiyi razılıq və qiymətlərin sabitləşməsi buna səbəb olan amillərdəndir. ABŞ neft hasilatını azaltmaq niyyətində deyil və əksinə, artıq gələn il Amerika 1970-ci ildən bu yana rekord həmcdə neft hasil edə bilər. Təbii ki, bu da neft qiymətlərinə ciddi təzyiq edəcək.
Banker.az xarici KİV-nə istinadən xəbər verir ki, çərşənbə günü neft kotirovkaları fervral ayı ərzində ilk dəfə 1 barrelə görə 55 dollardan aşağı düşdü. Neftin qiyməti isə çərşənbə axşamı gecəsi Amerika neft institutunun (American Petroleum Institut) ABŞ-ın kommersiya neft ehtiyatları haqqında məlumatı nəşr etdikdən sonra enməyə başladı. Onun qiymətləndirməsinə görə, 1 həftə ərzində ehtiyat həcmi 14,2 milyon barrel artıb (demək olar ki, 3%) və 503,6 milyon barrel təşkil edib. Belə ki, daha əvvəl ehtiyatın artım həcmi cəmi 2,5 milyon barrel olaraq proqnoz edilmişdi.
Çərşənbə günü ABŞ-ın Enerji nazirliyinin Energetk informasiyaların idarə edilməsi agentliyi də ehtiyatlar ilə bağlı rəsmi məlumatları elan etdi. Burada qeyd edilən rəqəmlər bir qədər aşağıdır. Belə ki, burada artımın 13,8 milyon barrel olduğu qeyd edilib. Buna baxmayaraq, bu rəqəmlər də həmçinin kifayət qədər təsirə malikdir.
Kotirovkalara təsir edən bu təzyiqlərə həftənin əvvəlində Baker Hughes şirkətinin ABŞ-da qazma qurğularının sayı haqqında məlumatda əlavə edildi. 3 fevral tarixində tamamlanan hesabat həftəsi ərzində, ABŞ-da qazma nöqtələrinin sayı 17 vahid artaraq 583-ə çatıb. Bu keçən ilin analoji dövründə qeydə alınan göstəricidən 24,84% çoxdur.
Bununla belə, ABŞ hasilatı və ehtiyatlarını azaltmaq niyyətində deyil. ABŞ enerji nazirliyinin çərşənbə axşamı təqdim edilən hesabatında qeyd edilir ki, artıq 2018-ci ildə ABŞ-da neft hasilatı sutkada 9,53 milyon barrelə çatacaq ki, bu da 1970-ci ilin rekorduna yaxındır.
ABŞ-da neft hasilatı hesabatda qeyd edilən səviyyəyə çatması neft qiymətlərinin 1 barrel üçün 50 dollardan aşağı enməsinə səbəb ola bilər. Bloomberg agentliyinin verdiyi məlumata görə bu fikiri Sidneydə bu sahə üzrə analitik olan Rik Spuner səsləndirib.
Cari ilin yanvar ayında Amerika gündəlik olaraq 8,94 milyon barrel neft hasil edirdi. Neft qiymətləri 10-20% artarsa, ABŞ-ın hasil etdiyi neft həcmini 1970-ci il göstəricisinə çatdırmasını gözləmək kifayət qədər məqbul məsələdir.
Qeyd edək ki, ABŞ-ın yeni prezidenti Donald Trump şəxsi hasilatlarını genişləndirmək və OPEC ölkələrindən asılılığı azaltmaq üçün Kanadadan neft almaq barədə niyyətlərini dilə gətirib.
Bu ssenari bazarda tələbat duyulmayan çox həcmdə neftin peyda olmasına və kotirovkaların dağılmasına gətirib çıxaracaq. Bu effektin təsirini azaltmaq üçün OPEC və digər neft hasil edən ölkələr hasilatı bir qədər də azaltmalı olacaq və dünya neft bazarının liderlərinin buna hazır olduğunu demək çox çətindir.