Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 2 349 min barel azalaraq, təxminən 442 682 min barel təşkil edib.
Bu barədə Amerika Neft İnstitutunun (API) proqnozlarında qeyd olunur.
Qeyd olunur ki, analitiklər isə ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 500 min barel azalacağını proqnozlaşdırıb.
Xatırladaq ki, ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.