20 C
Baku
Bazar, Oktyabr 17, 2021

ABŞ-ın neft şirkətləri ilk rübdə 48 milyard dollarlıq aktivlərini silib

ABŞ-ın neft şirkətləri neftin qiymətinin aşağı düşməsi səbəbindən 2020-ci ilin ilk rübündə 48 milyard ABŞ dolları dəyərindəki aktivlərini silib.

TASS-a xəbər verir ki, bu barədə ölkənin Enerji İnformasiyası İdarəsinin (EIA) məlumatında deyilir.

“Dərc olunan maliyyə hesabatlarına əsasən, ABŞ-ın 40 neft istehsalçısı 2020-ci ilin birinci rübündə ümumilikdə 48 milyard dollarlıq aktivləri silib. Bu, azı 2015-ci ildən bəri ən böyük rüblük düzəlişi olub. Neft qiymətlərinin aşağı olması bu şirkətlərin mənfəətinə və sübut edilmiş ehtiyatlarının dəyərinə mənfi təsir edir”, – məlumatda bildirilib.

40 neft istehsalçısının siyahısına “ConocoPhillips”, “Marathon Oil”, “Pioneer Natural Resources” və “Occidental Petrol” kimi iri şirkətlər daxildir.

2020-ci ilin ilk rübündə araşdırılan şirkətlər ümumilikdə gündə 6,1 milyon barel və ya ABŞ-ın rüblük hasilatının təxminən 30% həcmində neft istehsal ediblər.

Report
Son xəbərlər
Oxşar xəbərlər