ABŞ-ın mərkəzi beynəlxalq neft-qaz servis şirkəti “Baker Hughes”un bu ilin I rübündə 10,21 mlrd. ABŞ dolları məbləğində zərəri olub.
Bu barədə “Reuters” xəbər verir.
Şirkət ötən ilin I rübündə isə 32 mln. ABŞ dolları məbləğində mənfəət əldə etmişdi.
“Baker Hughes” şirkətinin I rüb üzrə gəliri isə gözləntilərdən az – 5,43 mlrd. ABŞ dolları təşkil edib. Bu isə ötən ilin müvafiq dövründən 3% azdır.
Şirkət daha əvvəl 2020-ci il üzrə xərclərini ötən illə müqayisədə 20% azaldacağını bildirmişdi.
©Report