ABŞ-ın Nevada ştatının rəsmiləri tərəfindən verilən məlumata görə, 3 noyabr tarixinədək poçtla göndərilən bülletenlər 10 noyabra kimi qəbul ediləcək.
Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
“Nevada ştatının qanunlarına görə, seçki günü və ya ondan əvvəl poçta qoyulmuş və 10 noyabr saat 17:00-dən gec olmayaraq alınan bülletenlər sayılacaq”, – relizdə deyilir.
Xatırladaq ki, daha əvvəl Demokratlar Partiyasını təmsil edən Co Bayden Nevada ştatında Trampı üstələdiyini açıqlamışdı. Bütün bülletenlərin 87%-i hesablandığı mərhələdə Bayden 49%, Tramp isə 48,5% səs toplamışdır. Bildirildiyi kimi, Nevada ştatında üstünlük qazanmaq hər iki namizədə daha çox seçici sayı toplamaq şansını verir.