Treyderlər 2020-ci ildə artacaq dəyişkənliyə hazırlıqlı olmalıdırlar: ABŞ-da keçiriləcək prezident seçkiləri bazarlar üçün əsas risklərdən biri ola bilər. Bu, “TD Securities” şirkətinin mövqeyidir.
Prezident seçkilərini “nəhəng” risk faktoru kimi görən “TD Securities” şirkəti qeyd edir ki, Donald Trampın ikinci dəfə seçilməsinin qarşısını almaq məqsədilə başlanan impiçment proseduru prezidentin istefa etməsi ilə nəticələnəcək. Nəticədə, artan dəyişkənlik sabitliyin pozulmasına gətirib çıxaracaqdır, “Bloomberg” yazır.
Çərşənbə axşamı günü nəşr olunan araşdırmada, “TD” proqnozları və konsensus gözləntiləri arasındakı 10 fərqi göstərir.
Xüsusilə, şirkət 2020-ci ildə faiz dərəcəsinin bazarın proqnozlaşdırdığı kimi 25 baza punktu deyil, 50 baza punktu düşəcəyini gözləyir.
Qızılın dinamikasının ABŞ dövlət istiqrazlarının gəlirlilik dinamikası ilə sıx əlaqəsi olduğunu söyləmək lazımdır. Mənfəətin həcmi artdıqca qızıl ucuzlaşır və əksinə.
Bunda əlavə, şirkət ABŞ və Çin arasında ticarət sazişinin bağlanmasına ümid bəsləyir. Qeyd edildiyi kimi, bu bir ildən tez olmayaq.
“Təəssüf ki, 2020-ci il bizə struktur qeyri-müəyyənliyi ilə əlaqəli qarışıqlıqdan möhlət vəd etmir, – “TD” -nin strateqləri olan Richard Kelly, James Rossiter, Priya Misra və Mark McCormick bildirirlər. – Ticarət müharibəsinin soyuq ticarət atəşkəsinə keçməsi, gələcəkdə qarşıdurmanın kəskinləşməsinə gətirib çıxara bilər”.
Qısamüddətli perspektivdə qızılın qiymətinin böyümə potensialı çox təsir edici görünməsə də, “TD” gələn il qiymətli metalın qiymətinin 1650 dollar səviyyəsinə yüksələcəyinə inanır.
Ekspertlərin fikrincə, bu proqnoz digərləri kimi öz aktuallığını itirə bilər. Hər şey baş verəcək hadisələrdən asılıdır.
Məsələn, “TD” in 2019-cu il üçün hazırladığı proqnoz özünü doğrultmamışdır.
Şirkətin analitikləri qlobal artımın olduğu kimi qalacağını, ABŞ ilə Çin arasındakı ticarət gərginliyinin isə azalacağını gözləyirdilər. Bundan əlavə, “TD” nin mütəxəssisləri 10 illik trejerisin 2019-cu ilin ortalarında 3,4% səviyyəsinə çatacağını gümn etmişdir.
Reallıqda isə bu göstərici üç illik minimuma düşdü.
Bunda əlavə, FED faiz dərəcələrini artırmaq əvəzinə üç dəfə aşağı saldı.