Səlahiyyətindən sui-istifadə etməkdə günahlandırılan ABŞ prezidenti Donald Trampın impiçment proseduru üzrə səsvermə dekabrın 18-i keçiriləcəkdir. Müvafiq bəyanat Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin saytında dərc edilib.
Nümayəndələr Palatası Trampa qarşı irəli sürülən ittiham aktını təsdiqlədiyi təqdirdə, növbəti mərhələ kimi bu məsələyə Senatda baxılacaq.
Xatırladaq ki, ABŞ-ın Nümayəndələr Palatasının spikeri olan Nensi Pelosi, sentyabrın 25-də prezident Donald Trampa qarşı impiçment prosedurunun başladığını elan etmişdir. Bunun əsas səbəbi kimi bu ilin iyulun 25-də amerikan liderinin ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı zamanı təzyiq göstərməsi göstərilir.