Azərbaycanla imzalanmış memoranduma əsasən, ABŞ-ın Oklahoma Universitetində təhsil alacaq azərbaycanlı tələbələrə təhsil haqqında güzəşt ediləcək.
Bunu keçirdiyi brifinqdə ABŞ-ın Oklahoma ştatının qubernatoru Con Kevin Stitt deyib.
“Azərbaycanlı tələbələrin təhsil haqqının 57%-ni universitet qarşılayacaq. Bu da bizim təcrübəmizi bölüşməyin bir yoludur və ümidverici bir razılaşmadır”, – deyə o, qeyd edib.