-1 C
Baku
Sunday, December 15, 2024

ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Qriqoryanla Qarabağ ətrafında vəziyyəti müzakirə edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono İrəvanda görüşüb.

Bu barədə Ermənistan TŞ mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər görüş zamanı Azərbaycanla Ermənistan arasında danışıqları müzakirə ediblər. Həmçinin Qarabağ ətrafında vəziyyət, Ermənistan-ABŞ münasibətləri də müzakirə mövzusu olub.

Görüşün maraq doğuran məqamı ondan ibarətdir ki, amerikalı diplomat Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskva görüşündən dərhal sonra İrəvana gedib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər