ABŞ-ın regional bank ehtiyatları 2020-ci ilin minimumuna düşüb

ABŞ-ın regional bank səhmlərinin indeksi “First Republic Bank”ın iflasından sonra mayın 2-də 5%-dən çox düşüb. Bu barədə birja məlumatlarına istinadən “The Wall Street Journal” (WSJ) yazıb.

Ən çox itirən banklar bunlar olub:

“PacWest” (Los-Anceles, Kalifornia) – 27.78% azalıb,
“Metropolitan Bank” (Nyu-York) –  20,45%,
“Western Alliance” (Finiks, Arizona) – 15.2%,
“Truist” (Atlanta, Corciya) – 7.68%,
“US Bank” (Minneapolis, Minnesota) – 7.01%.

Eyni zamanda, böyük Amerika banklarının səhmləri də ucuzlaşıb: “Wells Fargo” – 4%, “Bank of America” – 3%, “JPMorgan” – 2% düşüb.

Mayın 1-də Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) “First Republic Bank”ın bağlandığını elan edib. Bank FDIC-nin xarici idarəçiliyinə keçib. Tənzimləyicinin qərarına əsasən, o, “JPMorgan Chase”ə satılacaq. 13 aprel 2023-cü il tarixinə “First Republic Bank”ın aktivləri təqribən 229.1 milyard dollar, depozitləri isə 103.9 milyard dollar təşkil edib.

“First Republic Bank” – son iki ayda çökən üçüncü Amerika bankıdır. Mart ayında FDIC “Signature Bank”ı başlayıb, onunla eyni həftədə “Silicon Valley Bank”  iflas edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər