13 C
Baku
Sunday, November 24, 2024

ABŞ-ın regional banklarının səhmləri kəskin ucuzlaşıb

Aktivlərinin həcminə görə ölkədə 14-cü yeri tutan “First Republic Bank”ın (FRB) iflasından sonra ABŞ-ın regional banklarının səhmləri kəskin ucuzlaşıb, bu barədə “The New York Times” yazıb. Qəzetin qeyd etdiyi kimi, bank bazarında “çaşqınlıq” bir neçə ay əvvəl “Silicon Valley Bank” və “Signature Bank”ın iflasından başlayıb.

Bundan əlavə, “Sions” və “Comerica” daxil olmaqla, bir çox regional orta ölçülü banklar da ikirəqəmli faiz azalmalarını qeyd edib. “NYT” yazır ki, bazardakı dalğalanmalar səbəbindən ABŞ banklarının bəzi səhmlərinin ticarəti dayandırılıb.

“Reuters”in mənbələrinə görə, ABŞ federal rəsmiləri hesab edirlər ki, “bazar manipulyasiyası” bir sıra bankların səhmlərinin aşağı düşməsinə səbəb ola bilər və hazırda araşdırma aparılır.

Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib ki, Co Bayden administrasiyası vəziyyəti diqqətlə izləyir. ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının sədri Qeri Qensler agentliyin investorları və ya bazarları təhdid edə biləcək bütün qanun pozuntularına nəzarət edəcəyini söyləyib.

Mayın 1-də Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) “First Republic Bank”ın bağlandığını elan edib. Bank “FDIC”nin xarici idarəçiliyinə keçib. Tənzimləyicinin qərarına əsasən, o, “JPMorgan Chase”ə satılıb. 13 aprel 2023-cü il tarixinə “First Republic Bank”ın aktivləri təqribən 229.1 milyard dollar, depozitləri isə 103.9 milyard dollar təşkil edib.

“First Republic Bank” – son iki ayda çökən üçüncü Amerika bankıdır. Mart ayında FDIC “Signature Bank”ı başlayıb, onunla eyni həftədə isə “Silicon Valley Bank”  iflas edib.

Son xəbərlər
Digər xəbərlər