ABŞ-ın Rusiyadakı səfiri vəzifəsinə namizəd Lin Treysi rəsmi Moskva əleyhinə sanksiyaların daha da sərtləşdirilməsinin tərəfdarıdır.
O qeyd edib ki, Birləşmiş Ştatlar strateji hücum silahlarının ixtisarı və məhdudlaşdırılması üzrə tədbirlər haqqında müqaviləni (START – Strategic Arms Reduction Treaty – Red) sabitliyin təmin edilməsi üçün alət hesab edir.
“Prezident Bayden deyib ki, onun administrasiyası 2026-cı ildə bitdikdən sonra START III-ü əvəz edəcək yeni silahlara nəzarət mexanizmi ilə bağlı danışıqlara hazırdır. Lakin biz növbəti addımları müzakirə etməyə başlamazdan əvvəl Rusiyadan müqavilə yoxlamalarının bərpasına icazə verməliyik. Bu, Rusiyaya hədiyyə deyil, müqaviləni həyata keçirmək haqqımızdır. Bu yoxlamalar çox vacibdir.”