17 C
Baku
Sunday, May 19, 2024

“ABŞ-ın Rusiyanı cəzalandırmaq istəyi iflasa uğrayacaq və heç nəyi dəyişməyəcək”

Rusiya ABŞ-la dialoqa sadiqdir. Moskva Vaşinqtonla diplomatik əlaqə kanallarını saxlayır.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov RT Arabic kanalına müsahibəsində bildirib.

“ABŞ-la dialoq heç vaxt dayanmayıb, biz onu daimi əsasda aparırıq. Biz səfirliklərimiz səviyyəsində və təbii ki, telefon əlaqəsi vasitəsilə təmaslara sadiqik”, – deyə Ryabkov vurğulayıb.

Rusiya XİN başçısının müavini diplomatiyanın rolunun indi lazımi səviyyədə olmamasından təəssüfləndiyini bildirib: “Hazırda düşmüş olduğumuz bu şərait və Vaşinqtonun dinamikası, onun Rusiyanı cəzalandırmaq istəyi iflasa uğrayacaq və heç nəyi dəyişməyəcək. Biz hər zaman daha ədalətli dünya üçün mübarizə aparırıq”, – deyə rusiyalı diplomat əlavə edib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər