28 C
Baku
Wednesday, June 26, 2024

ABŞ-ın S.Ərəbistanı ilə münasibətləri “kritik həddə” çatıb – “WSJ”

2018-ci ildə Səudiyyə Ərəbistanının “Washington Post” qəzetinin jurnalisti Camal Kaşıkçının öldürülməsindən sonra neft ölkəsinin ABŞ ilə münasibətləri “kritik həddə” çatıb.

Banker.az “RBK”a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Krallıq və ABŞ-dakı yüksək rütbəli mənbələrin bildirdiyinə görə, iki ölkə arasında siyasi fikir ayrılıqları Rusiyanın Ukraynada hərbi əməliyyatına başladıqdan sonra daha da kəskinləşib. Səudiyyə Ərəbistanı dünya bazarında ucuz qiymətə nail olmaq üçün ABŞ-ın neft hasilatını artırmaq tələbinə cavab verməyib. Qəzet yazır ki, bununla Vaşinqton Rusiya əməliyyatının “maliyyələşdirilməsini sarsıtmaq” istəyib.

İndi ABŞ bu tələbdən imtina edir və Səudiyyə Ərəbistanının “Ukraynada Qərbin səylərinə zərər vuracaq bir şey etməməsini istəyir. Ər-Riyaddakı mənbələr bildirirlər ki, ABŞ krallığın Rusiya və ya Çinlə daha sıx əməkdaşlıq edəcəyindən qorxur.

Vaşinqton daha əvvəl də Ər-Riyadı neft hasilatını artırmağa çağırıb. Ötən ilin sentyabrında ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan görüş zamanı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudu Kaşıkçının öldürülməsi ilə bağlı sorğu-sual edib. Nəşrin mənbələrinə görə, bu, vəliəhd şahzadəni qəzəbləndirib və o, Sallivanın üstünə qışqıraraq ABŞ-ın “xahişini unutmalı olduğunu” deyib.

Milli Təhlükəsizlik Şurası “WSJ”yə bildirib ki, Sallivan Şahzadə Məhəmmədlə neft hasilatını müzakirə etməyib və görüşdə “heç kim qışqırmayıb”. Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirliyi bildirib ki, son onilliklər ərzində iki ölkə arasında müxtəlif məsələlərdə çoxlu fikir ayrılıqları olub, lakin münasibətlər güclü olaraq qalır. Onlar əlavə ediblər ki, ABŞ prezidentinin müşaviri ilə vəliəhd şahzadə arasında görüş “hörmətli atmosferdə” keçib.

2021-ci ilin fevralında ABŞ-ın Milli Kəşfiyyatı Kaşıkçının öldürülməsinə səbəb olan əməliyyatın Məhəmməd bin Salman tərəfindən şəxsən təsdiqləndiyini bildirən bir hesabat dərc edib. Bundan sonra ABŞ Prezidenti Co Bayden söz verib ki, Vaşinqton insan haqlarının pozulmasına görə Ər-Riyada cavab verəcək. Vəliəhd Kaşıkçının qətlinə görə məsuliyyəti boynuna alıb, lakin administrasiya rəsmilərinin hərəkətlərindən xəbərsiz olduğunu iddia edib.

Martın 9-u “WSJ” Ağ Evin Bayden və Məhəmməd bin Salman arasında telefon danışığı təşkil etməyə çalışdığını, lakin rədd edildiyini yazıb. Aprel ayında Rusiya Prezidenti Vladimir Putin vəliəhd şahzadə ilə telefon danışığı aparıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər