ABŞ-ın keçmiş dövlət katibi Henri Kissencer vəfat edib.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Nobel sülh mükafatı laureatı keçmiş dövlət katibi 100 yaşında dünyasını dəyişib.
O, 1923-cü ilin 27 may tarixində Almaniyada, Bavariya əyalətinin Fyürt şəhərində yəhudi ailəsində anadan olub.
1938-ci ildə Kissincerlər ailəsi nasist təqibindən xilas olmaq üçün ABŞ-a yollanıb.
Henri Kissencer 1973-1977 illərdə ABŞ Dövlət Departamentinə rəhbərlik edib.
O, 2014-cü ilin oktyabrında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi medalı ilə təltif olunub.