13 C
Baku
Friday, April 19, 2024

ABŞ-ın sabiq vitse-prezidenti seçkilərə namizədliyini irəli sürəcək

ABŞ-ın sabiq respublikaçı vitse-prezidenti Mayk Pens 2024-cü il Prezident seçkiləri üçün namizədliyini irəli sürəcək.

Pens iyunun 7-də Ayova ştatından seçki kampaniyasına başlayacaq. Nəticədə, Donald Trampın prezidentliyi dövründə onun əsas müttəfiqlərindən olmuş Pens gələnilki seçkilərdə onun rəqibi kimi iştirak edəcək.

Sorğulara əsasən respublikaçılar arasında 53% Trampı, 4% isə Pensi dəstəkləyir. Bu baxımdan Pensin uğurunun Trampın dəstəkçilərini öz ətrafına toplaya bilməsindən asılı olacağı bildirilir.

Mayk Pens Trampın seçkilərdə məğlub olmasından sonra onunla münasibətlərinə məsafə qoyub. O, 2021-ci il 6 yanvar tarixində Kapitoli hücumuna görə Trampın aksiyaçıları cəsarətləndirdiyini, nəticədə özünün və ailəsinin təhlükə ilə üzləşdiyini bildirib.
Pens Trampın bir çox siyasətini qəbul etsə də, özünü əsasən balanslı və konsensus oriyentasiyalı alternativ kimi təqdim edir. Onun son aylarda ölkənin yevangelist kilsələrinə birbaşa müraciətlər etdiyi və bütün ölkə ərazisində böyük kilsələri ziyarət edərək nəzərəçarpan vaxt keçirdiyi qeyd olunub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər