Moskva ABŞ-ın sanksiyalarına həssas sayılan cavab verəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ABŞ-ın yeni anti-Rusiya sanksiyaları ilə bağlı bəyanatında bildirilir.
Bəyanatda deyilir: “Şübhəsiz ki, sanksiyalara güclü cavab veriləcək, bu cavab mütləq deyil, simmetrik olsun, yoxlanılmış və Amerika tərəfi üçün həssas cavab olacaq”.
Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, ABŞ administrasiyasının maliyyə sektoruna qarşı elan etdiyi (artıq ard-arda 101-ci) məhdudiyyətlər tətbiq edilən şəxslərin siyahısının genişləndirilməsi ilə bağlı sanksiyalar paketi Vaşinqtonun Rusiyanın kursunu dəyişdirilməsi ilə bağlı davam edən cəhdlərinə uyğundur: “Rusiya sübut edib ki, bütün sanksiyalara baxmayaraq zərəri minimuma endirməyə qadirdir. Bundan əlavə, sanksiyalarla təzyiq bizim maraqlarımızı qətiyyətlə müdafiə etmək əzmimizə təsir edə bilməz”.