ABŞ-ın şist neft sənayəsinin qabaqcılısı olan “Chesapeake Energy” şirkəti iflas edib. Qeyd edək ki, “Chesaoeake”in təxminən doquz yarım milyard dollar borcu var və o, bu ilki neft şokunun ən böyük qurbanıdır.
Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.
Xatırladaq ki, aprel ayında şist neft bazarının daha bir iri oyunçusu iflas etdiyini açıqlamışdır – “Whiting Petroleum”.
Ümumiyyətlə, “New York Times” qəzetinin qiymətləndirmələrinə görə, bu il ABŞ-da 12-dən çox neft və qaz şirkəti iflas edib.