9 C
Baku
Wednesday, November 6, 2024

ABŞ-ın texnologiya nəhəngi “Nvidia” yeni süni intellekt çipini təqdim edib

ABŞ-ın texnologiya nəhəngi “Nvidia” bəzi əməliyyatları əvvəlki çiplərdən 30 dəfə daha sürətli yerinə yetirən yeni süni intellekt çipini təqdim edib.

“B200 Blackwell” çipi şirkətin illik proqram konfransında CEO Jensen Huang tərəfindən təqdim olunub.

“Nvidia” ABŞ-da “Microsoft” və “Apple”dan sonra üçüncü ən mühüm şirkətdir. Onun səhmləri keçən il 240 faiz dəyər qazanıb və bazar dəyəri keçən ay 2 trilyon dollara yaxınlaşıb. Açılış toplantısında iştirak edən “Technalysis Research”dən Bob O’Donnell bildirib ki, uzun müddətdir texnologiya bazarında bu qədər həyəcan görməmişdik. “Nvidia” – “Amazon”, “Google”, “Microsoft” və “OpenAI” kimi bəzi əsas müştərilərinin bu yeni çipi bulud xidmətlərində və öz süni intellekt məhsullarında istifadə etmələrini gözlədiklərini açıqlayıb. Yeni proqram vasitələrinin təqdim olunduğu toplantıda “mikro xidmətlər” adlanan proqram təminatının şirkətlərin süni intellekt modellərini bizneslərinə inteqrasiyasını asanlaşdıracağı bildirilib.

Konfransda təqdim olunan məhsullar arasında avtomobillərdəki chatbotlarda istifadə ediləcək bir sıra yeni çiplər də mövcuddur. Çinin elektrikli avtomobil istehsalçıları “BYD” və “Xpeng”in öz avtomobillərində bu çiplərdən istifadə edəcəyi açıqlanıb. Huanq insanabənzər robotların hazırlanmasında istifadə ediləcək bir sıra yeni çipləri təqdim edərkən səhnədə robotlarla müşayiət olunub. 1993-cü ildə Tayvan əsilli investor Kensen Huang tərəfindən yaradılan “Nvidia”, xüsusilə kompüter oyunlarında istifadə olunan qrafik çiplərin istehsalçısı kimi tanınırdı. Süni intellektin bu qədər populyarlaşmasından əvvəl şirkət – çiplərinə maşın öyrənmə xüsusiyyətləri əlavə etməyə başladı.

“Nvidia” hazırda süni intellekt texnologiyasını izləmək üçün əsas şirkət hesab olunur.

Son xəbərlər
Digər xəbərlər