6 C
Baku
Sunday, January 12, 2025

ABŞ-ın texnologiya nəhəngləri istehsalı Çindən köçürür

ABŞ-ın böyük texnoloji şirkətləri öz məhsullarının istehsalını Çindən qonşu Asiya ölkələrinə köçürürlər, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Belə ki, “Apple” və “Google”un yeni smartfonlarının bir hissəsi müvafiq olaraq Hindistan və Vyetnamda istehsal olunacaq. Bundan əlavə, “Apple” Vyetnamın şimalında iPad istehsalını quracaq.

Şirkətlər tədarük zəncirinin böyük hissəsinin Çində qurulmasının onları Tayvanla bağlı artan Çin-ABŞ toqquşmasının mərkəzinə sürükləyə biləcəyindən qorxurlar. İndiyə kimi istehlakçı elektronikasının ən yaxşı istehsalçısı Çin olmuşdur.

Çində istehsal fəaliyyəti avqust ayında ardıcıl ikinci ay azalıb. Səbəb Covid-19-un yeni epidemiyaları və son onilliklərin ən güclü istiləri fonunda elektrik enerjisinin məhdudlaşdırılması olub.

Son xəbərlər
Digər xəbərlər